İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviya lideri İlham Əliyevə məktub göndərdi

566 22.08.2025 17:16 Siyasət A A

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında 2025-ci il avqustun 8-də tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizi ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Bu, Qafqaz regionunda uzun illər davam edən münaqişənin sona çatdırılması istiqamətində yeni mərhələni əks etdirən mühüm addımdır.

Sizin müdrik rəhbərliyiniz və sülhə nail olmaq istiqamətində göstərdiyiniz güclü iradə bu qeyri-adi uğura gətirib çıxarmış, bölgədə təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə mühüm töhfə vermişdir.
Siz dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa sadiqliyinizi nümayiş etdirməklə münaqişələrin həllində örnək sayıla biləcək bir model ortaya qoymusunuz.

Azərbaycan xalqına daimi inkişaf və rifah arzularımızı ifadə edir, bu tarixi nailiyyət fonunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənəcəyinə ümid bəsləyirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR