İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkodan Zelenskiyə XƏBƏRDARLIQ: “Ukrayna danışıqlardan imtina etsə...” - VİDEO

1222 27.11.2025 14:05 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək onu danışıqları pozmamağa çağırıb.

Musavat.com xəbər verir ki, Lukaşenko çıxışında belə deyib:

“Əgər Ukraynanın mövcud sərhədlərini qorumaq istəyirsinizsə, danışıqlara razılaşmaq lazımdır. Prosesi pozmayın”.

O əlavə edib ki, Ukraynanın hələ də dənizə çıxışı olduğu müddətdə, Odessa və Nikolayev nəzarətdə qaldığı halda vəziyyətin bir anda dəyişə biləcəyini Zelenski anlamalıdır:

“Bu şəhərlər bir anın içində itirilə bilər”.

Belarus lideri həmçinin müharibənin əvvəlkindən daha çox sonlanmağa yaxın olduğunu düşündüyünü bildirib. Lukaşenko ABŞ-ın təklif etdiyi sülh sazişinin Ukrayna tərəfindən qəbul ediləcəyinə inandığını vurğulayıb:

“Top hazırda Ukraynanın tərəfindədir. Cəbhədəki mövcud vəziyyəti nəzərə alsaq, sazişdən imtina ölkənin tam itirilməsi ilə nəticələnə bilər”, – deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR