Macarıstan Avropa İttifaqının dekabr ayında Ukrayaya ayırdığı 90 milyard avroluq krediti bloklayıb, üstəlik, 8 milyard dollarlıq BVF proqramı da təhlükə altındadır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yanvarın 20-də Macarıstanın Avropa İttifaqındakı səfiri Kiyevə Aİ büdcəsinin zəmanəti üzrə kredit verilməsi qərarına qarşı çıxıb.
Maliyyə yardımı bütün Aİ üzv dövlətlərinin yekdil dəstəyini tələb edir. Budapeştin təsdiqi olmadan Avropa Komissiyası Aİ-nin büdcə ehtiyatından borc almaq və sonradan Ukraynaya vəsait köçürmək üçün istifadə edə bilməyəcək.
Kiyev bu puldan növbəti iki il ərzində büdcə kəsirini ödəmək və silah almaq üçün istifadə etməyi planlaşdırırdı. Aprel ayında Ukrayna hakimiyyəti ciddi büdcə kəsiri ilə üzləşəcək.
Nəşrin qeyd etdiyi kimi, Macarıstanın mövqeyi Ukrayna üçün yeni 8 milyard dollarlıq Beynəlxalq Valyuta Fondu kredit proqramının təsdiqini də poza bilər.
Aİ liderləri krediti 2025-ci ilin dekabr ayında vermək barədə razılığa gəliblər. Macarıstan, Çexiya və Slovakiya bu razılaşmaya digər kreditlərlə təmin edilmiş kreditin geri qaytarılmasına görə məsuliyyət daşımamaq şərti ilə razılaşıblar.
Daha əvvəl Slovakiya və Macarıstan Ukraynaya dizel yanacağı tədarükünü dayandıraraq, bu ölkələrə Rusiya neftini tədarük edən “Drujba” boru kəmərinin bərpasını tələb etmişdilər.
Macarıstanın Ukraynaya qarşı sabotaj aktlarının sayı itib.
Musavat.com






