Politico-nun sızdırdığı transkript Fransa prezidentinin mövqeyini izah etməyə məcbur edib.
Musavat.com xəbər verir ki, Politico-nun yaydığı məlumata görə, Avropa liderləri arasında Kiyevin qorunması barədə aparılan telefon danışığının sızdırılmış transkriptində guya Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynaya “xəyanət edə biləcəyi” barədə xəbərdarlıq edib.
Lakin Makron bu iddianı qəti şəkildə təkzib edib. O, açıqlamasında bildirib:
“Mən belə şey deməmişəm. Biz birlikdə güclüyük. Bizim ABŞ-a, ABŞ-ın isə bizə ehtiyacı var”.
Fransa lideri həm öz mövqeyinin təhrif olunduğunu vurğulayıb, həm də transatlantik həmrəyliyin Ukrayna üçün həlledici əhəmiyyət daşıdığını bildirib.
Musavat.com






