İnsanlara hürriyət, millətlərə istiqlal!

Mandatı ləğv olunan deputat xadiməni məhkəməyə veribmiş

843 12.12.2025 00:29 Ölkə A A

Bu gün mandatı ləğv olunan Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsinin deputatı Abbasov Əli Feyzulla oğlu bir müddət əvvəl xadiməni məhkəməyə verməklə gündəmə gəlmişdi.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılan deputat 27 iyun 2025-ci il tarixində xadimə işləyən Pərvin Məmmədovanın (şərti ad) onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən, böhtan xarakterli paylaşımlar etdiyini əsas gətirərək, həmin şəxs barəsində xüsusi ittiham qaydasında şikayət vermişdi.

Ərizədə qeyd olunurdu ki, həmin şəxs deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi ittihamlar irəli sürüb.

Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR