İnsanlara hürriyət, millətlərə istiqlal!

"Manifest"in üzvlərinə həbs cəzası verildi

925 16.12.2025 11:10 Şou-biznes A A

İstanbul 49-cu Asliye Cəza Məhkəməsi "Manifest" qrupunun üzvlərinin hər birinə 3 ay 22 gün həbs cəzası verib.

Musavat.com xəbər verir ki, məhkəmə eyni zamanda 6 qrup üzvü barəsində tətbiq edilən xaricə çıxış qadağasını ləğv edib.

Qərara əsasən, qrup üzvləri 5 il müddətinə nəzarət altında olacaq.

Qeyd edək ki, "Manifest" qrupunun üzvləri ötən ilin sentyabr ayında İstanbulun Küçükçiftlik Park ərazisində verdikləri konsertdən sonra istintaqa cəlb olunmuşdu. 6 sentyabr tarixli konsertdən sonra saxlanılan qrup üzvləri 9 sentyabrda ilk dəfə hakim qarşısına çıxmış, xaricə çıxış qadağası və imza vermə şərti ilə azadlığa buraxılmışdı.

Konsert görüntülərinə isə “milli təhlükəsizlik” əsas gətirilərək sosial mediada giriş məhdudiyyəti tətbiq edilmişdi. Həmin dövrdə qrupun Türkiyə turnesi də ləğv olunmuşdu.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR