Milyarder İlon Mask hesab edir ki, ABŞ-ın növbəti prezidenti indiki vitse-prezident J.D.Vens olacaq.
Musavat.com Politico-ya istinadən xəbər verir ki, Mask bu fikrini 22 noyabrda Hökumət Səmərəliliyi Ofisində (DOGE) işçilərə videokonfrans çıxışında açıqlayıb. Açıq yayımlanmayan çıxış zamanı Mask ABŞ-ın "böyük 12 illik dövrün" başlanğıcında olduğunu vurğulayıb. Qəzet aydınlaşdırır ki, bu, Trampın hazırkı dörd illik prezidentlik müddətinə, eləcə də Vensin sonrakı iki müddətinə aiddir. Qəzetin məlumatına görə, Mask Venslə yaxşı münasibətlər qurub. Növbəti ABŞ prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Vens hələlik prezidentliyə namizədliyini qəti şəkildə açıqlamayıb.
Mask həmçinin Tramp və Venslə birlikdə ABŞ-da "əsas sui-qəsd hədəfləri" arasında olduğuna əminliyini ifadə edib.
Musavat.com






