İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask Böyük Britaniyanı polis dövləti adlandırdı

258 04.12.2025 23:54 Dünya A A

İlon Mask hesab edir ki, Böyük Britaniya polis dövlətinə çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Mask afroamerikalılara qarşı irqi təhqirlər yazdığı üçün Kardiff Kral Məhkəməsi tərəfindən 20 ay həbs alan bir britaniyalı ilə bağlı xəbərə belə reaksiya verib.

Maskın repost etdiyi məlumatda deyilir ki, həmin hökmü verən hakim Treysi Lloyd-Klark əvvəllər həbsxanalar dolu olduğu üçün yetkinlik yaşına çatmayan qızı zorlayan şəxsi azadlığa buraxıb

Oktyabr ayında Mask X-də Böyük Britaniyanın baş naziri Kir Starmerlə bağlı da sərt fikirlər səsləndirib. O, Britaniya hökumət başçısını “başıboş aktyor” adlandırıb.

Sentyabrın 13-də amerikalı milyarder Londonda miqrantlara qarşı etirazları dəstəkləyib. O, etirazçılara videobağlantı ilə müraciət edərək Starmer hökumətini tənqid edib və “parlamentin buraxılmasına” çağırıb. Mask həmçinin iddia edib ki, britaniyalılar “öz söz azadlıqlarından istifadə etməyə qorxurlar”, BBC-ni isə “Böyük Britaniyanın dağılmasına şərik çıxmaqda” suçlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR