İnsanlara hürriyət, millətlərə istiqlal!

Məğlubiyyətin fotosu – “Bilirəm, hər günah məndədir”

1286 22.06.2026 12:12 Foto fakt A A

Bu, Türkiyə milli futbol komandasının hələlik sabiq olmayan baş məşqçisi Vinçenzo Montelladır.

Onun bu üzgün halı komandasının DÇ-2026-dakı uğursuz çıxışına görədir. Hazırda onu və komandanın oyunçularını Türkiyədə şişə taxırlar. Neçə gündür ki, onlara qarşə tənqid dalğası səngimir.

Gerçəkdən də oynadığı qrupda ən titullu komanda olan, digər 3 rəqibindən güclü sayılan Türkiyə millisi 0 qol və 0 xalla sonuncu yerdədir və türkiyəli şərhçilər, azarkeşlər bu durumu “rəzalət” adlandırmaqda haqlıdırlar.

Ona görə də artıq oyunçuların saç düzümündən tutmuş ta Montellanın komandaya düzgün taktika verməməsinə qədər hər şey tənqid olunur.

Məşhur ifadə ilə desək, məğlubiyyətin həqiqətən də hər zaman yetim olduğu Montellanın bu üzgün şəklinə baxanda açıq-aşkar bilinir.

Türkiyə millisi oynadığı iki oyunun ikisində də qələbə qazansaydı, bu gün qəzet və saytların manşetlərini futbolçuların və TFF rəhbərlərinin şəkilləri bəzəyəcəkdi; ölkə prezidenti elə isti-isti, təri qurumamış lider futbolçulara zəng edəcək, “gözlərindən öpüyorum” deyəcək, ictimaiyyəti riqqətə gətirəcəkdi; milliyə oyunçu göndərmiş klublar əsasən öz futbolçularını öyəcək, qələbədə onların daha önəmli rol oynadaıqlarını bağıracaqdılar.

mont.JPG (31 KB)

Ancaq umulan olmadı, gözlənilməyən oldu. Millinin dikbaş oyunçuları italyan mütəxəssisin başını aşağı etdilər. Nəticədə indi ən çox tənqid olunan Montelladır və onu tənqid edənlər amansızdır. Hətta məşhur fransız mütəxəssis Arsen Venger də bildirib ki, Montellanın oyuna baxışı yoxdur, matçın gedişinə müdaxilə etmir, futbolçularla ünsiyyət qurmur və s.

Bu, o deməkdir ki, milli komanda ölkəyə qayıdandan sonra Montella baş məşqçi vəzifəsindən azad ediləcək. Onun yerinə başqa bir mütəxəssis, böyük ehtimalla yerli məşqçi gətiriləcək. Bəs bu dəyişiklik Türkiyə futbolu üçün səmərəli olacaqmı, onun önündə uğur qapısını açacaqmı?

İndilikdə çətin görünür. Bu qədər “ulduz” futbolçunun cəlb edildiyi milli komanda hələ bir şərəf qolu vura bilməyibsə, bu, o deməkdir ki, o komanda deyil, sadəcə, “sayrışan ulduzlar klubu”dur. Yaxşı məşqçi odur ki, adı-sanı olmayan futbolçularla ard-arda uğurlar qazanır və onlar yalnız ondan sonra “ulduz” olurlar.

Montella bunu bacarmadı. İndi o, DÇ-ni mundialın sonuncu, 48-ci komandası kimi tərk etmək təhlükəsi qarşısındadır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR