İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə qərarı: İsa Peyğəmbərin adına...

598 11.02.2026 22:36 Dünya A A

Rusiyanın Kazan şəhərində maraqlı məhkəmə çəkişməsi yaşanıb.

Musavat.com xəbər verir ki, şəhər prokuroru İldar İsmagilov Novo-Savinovski rayon məhkəməsinə müraciət edərək bir şəxsin adının əvvəlki formaya qaytarılmasını tələb edib. Söhbət öz adını “İisus Petroviç Xristos” olaraq dəyişən şəxsdən gedir.

Məhkəməyə təqdim olunan iddiaya əsasən, şəhər VVAQ (ZAGS) idarəsi həmin vətəndaşın adını yenidən əvvəlki formaya – Yevgeni Petroviç Çekulayev olaraq bərpa etməlidir. İddianın əsasında Ədliyyə Nazirliyinin rəyi dayanır. Rəydə bildirilir ki, dini motivlərlə ad dəyişdirilməsinə yol verilmir.

Prokurorluq hesab edir ki, “İisus Petroviç” adı cəmiyyətdə çaşqınlıq yaradır və şəxsin özünü İsa Peyğəmbərlə eyniləşdirməsi kimi qəbul oluna bilər. Bu isə insanların aldadılması və ictimai çaşqınlıq riski yaradır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR