İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblilər arasında “snus” təhlükəsi- “Köşklərdə satılır” - Video

868 17.12.2025 17:36 Gündəm A A

Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir.

Musavat.com-un məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər.

“Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, - şagirdlər bildirib.

Mütəxəssislər isə qeyd ediblər ki, “snus” saqqız yox, ağızboşluğunda istifadə edilən nikotin tərkibli maddədir. Nəticədə ürəkbulanma, başgicəllənmə, halsızlıq və zəhərlənmə halları baş verə bilər. Bu məsələ isə təkcə məktəblərin deyil, valideynlərin və aidiyyəti qurumların da diqqət mərkəzində olmalıdır. 

Daha ətraflı videomaterialda: 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR