İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın notlarında gəlirlilik azalıb

397 10.12.2025 12:15 İqtisadiyyat A A

Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi bank sistemində likvidliyə artırıcı təsir göstərməkdə davam edir.

Musavat.com xəbər verir ki, bu, Mərkəzi Bankın faiz dəhlizi parametrlərinə dair açıqlamasında əksini tapıb. 

Tənzimləyici qeyd edir ki, ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib. AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda 6.89 faiz, noyabrda 6.91faiz, dekabrın ötən dövründə isə 6.94 faiz olub. Mərkəzi Bank əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə azalmalar baş verib, depozit və kredit faizlərində əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb.

AMB bəyan edir ki, baza ssenariyə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır:

“Son meyillərin təhlili növbəti ilə inflyasiya proqnozunun azalma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR