Almaniya kansleri, Xristian Demokrat İttifaqının sədri Fridrix Merz 2021-ci ildən bəri ona ünvanlanan onlayn təhqirlərlə bağlı məhkəmələrə ümumilikdə 4999 şikayət ərizəsi təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti şikayətlərin özləri, vəkillərin məktubları və istintaq materialları da daxil olmaqla, əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.
Qəzet qeyd edir ki, Merz "Federal Respublika tarixinin ən həssas siyasətçilərindən biridir". Hətta Almaniya müxalifətinin lideri kimi o, təhqirlərlə bağlı yüzlərlə şikayət ərizəsi təqdim edib. Xüsusilə bəzi insanlar onu "kiçik nasist" və "çirkli sərxoş" adlandırdıqdan sonra bu şikayətlər hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi hallarda hətta Merzin tənqidçilərinin evlərində axtarışlar aparılıb və bir halda məhkəmə bu axtarışları qanunsuz hesab edib.
Musavat.com






