Aktrisa Gonca Vuslateri meyvə-tərəvəz dükanından kilosu 5 min lirə olan gilas alıb.
Musavat.com xəbər verir ki, daha sonra o, çəkdiyi videoda yüksək qiymətə etiraz edərək belə deyib:
“Buna 5 min lirə ödədim. Artıq çəyirdəyini belə ata bilmərəm. Əkmək də olmur, buna sanki “dəfn mərasimi” lazımdır. Yediyimiz hər gilasın çəyirdəyi üçün yas tutmalı olacağıq. Təəssüf ki, gilası itirdik”.
Aktrisanın sözləri sosial mediada gündəm yaradıb və bahalaşma ilə bağlı geniş müzakirələrə səbəb olub.
Könül
Musavat.com






