İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur memar VƏFAT ETDİ

949 06.12.2025 11:05 Dünya A A

Amerikalı dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib.

Musavat.com Ajans.az-a istinadən xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində ölüb.

Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.

Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri sayılır və dekonstruktivizm cərəyanının əsas memarlarından hesab olunur.

O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülmüşdü.

Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR