İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur model saxlanıldı

520 01.07.2026 13:20 Şou-biznes A A

Keçmiş model Deniz Akkaya yenidən qalmaqallı hadisə ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir müxtəlif məhkəmə prosesləri ilə gündəmdə olan Akkaya bu dəfə Kocaelinin Kartepe rayonunun Maşukiye qəsəbəsində polis tərəfindən saxlanılıb.

Məlumata görə, İstanbuldakı evindən ayrıldıqdan sonra yaxın dostu Kürşat A.-nın evində yaşamağa başlayan Deniz Akkaya təxminən 20 gün əvvəl əşyaları ilə birlikdə Maşukiyedə məskunlaşıb. İddialara əsasən, həmin müddət ərzində evdə tez-tez gərginlik yaşanıb.

Bildirilib ki, ötən axşam Akkaya ilə ev sahibi arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. Evdə vəziyyətin nəzarətdən çıxması səbəbindən Kürşat A. polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları aqressiv davranışlarını davam etdirdiyi bildirilən Deniz Akkayanı saxlayıblar.

Qeyd edək ki, Deniz Akkaya son illər bir sıra hüquqi proseslərlə gündəmə gəlib. O, qızının qəyyumluğu ilə bağlı işə baxan hakimi sosial şəbəkədə təhqir və hədələməkdə təqsirli bilinərək 2 il 4 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, aparıcı Seda Akgül barəsində çıxarılan mühafizə qərarını pozduğuna görə 3 günlük məcburi həbs cəzası alaraq Burhaniyə Cəzaevində saxlanılıb. Akkaya həmçinin qızına qarşı zorakılıq göstərdiyi iddiası ilə davam edən məhkəmə prosesi ilə də gündəmdədir.

Hazırda Kocaelidə baş verən hadisə ilə bağlı araşdırmalar davam edir.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR