İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənni ölümdən döndü - FOTOLAR

1164 23.12.2025 18:06 Dünya A A

Türkiyənin tanınmış sənətçisi Hülya Avşar İstanbulun Tarabya sahilində yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Musavat.com xəbər verir ki, Hürriyet qəzetinin yaydığı məlumata görə, qəza Avşar şəxsi avtomobili ilə hərəkətdə olarkən baş verib.

Bildirilir ki, sənətçi doğum günü münasibətilə özünə hədiyyə etdiyi, təxminən 10 milyon lirə dəyərində olan “Mercedes” markalı avtomobili idarə edərkən səhvən əyləc yerinə qaz pedalını sıxıb. Nəticədə nəqliyyat vasitəsi sahil zolağında yerləşən divara çırpılıb.

Hadisə zamanı avtomobilin dənizə aşma riski yaransa da, Hülya Avşar son anda bunu önləyə bilib. Qəza nəticəsində avtomobilə ciddi maddi ziyan dəyib və nəqliyyat vasitəsi daha sonra texniki servisdə təmirə göndərilib.

Qəzadan sonra sosial media hesabı vasitəsilə açıqlama verən Avşar hadisənin təxminən bir ay yarım əvvəl baş verdiyini bildirib. Sənətçi səhhətində hər hansı problem olmadığını qeyd edərək, onu narahat edən hər kəsə təşəkkür edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR