İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi bu futbolçunu hədələdi

1225 04.09.2025 21:10 İdman A A

ABŞ-ın "İnter Mayami" klubunun argentinalı ulduzu Lionel Messi ilə "Sietl Saunders"də çıxış edən həmvətəni Pedro de la Veqa arasında qalmaqal yaşanıb.

İnsident Liqa Kubokunun final görüşündən sonra baş verib. Qarşılaşma bitdikdən dərhal sonra iki futbolçu arasında mübahisə yaranıb.

Messi müzakirə zamanı həmyerlisinə "Mən yığmada oynadığım müddətdə sənə heç vaxt milliyə çağırış olmayacaq" deyə hədə-qorxu gəlib.

Xatırladaq ki, final matçında "İnter Mayami" 0:3 hesabı ilə uduzub. Oyundan sonra tərəflər arasında mübahisə daha da qızışıb və əlbəyaxa dava ilə nəticələnib./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR