Hindistanda futbol ulduzu Lionel Messi ilə görüşün təşkilatçısı polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, buna səbəb tədbirdən narazı qalan azarkeşlərin kütləvi etirazı olub.
Azarkeşlərin sözlərinə görə, Messinin ətrafında yalnız məmurlar və aktyorlar olub, bilet almış adi fanatlar isə futbolçunu yaxından görmək imkanı əldə edə bilməyiblər.
“Bilet aldıq, amma Messinin üzünü belə görə bilmədik”, - deyə narazı azarkeşlər bildiriblər.
Hadisədən qəzəblənən və məyus olan fanatlar etiraz əlaməti olaraq stadiona çıxıb, oturacaqları sındırıb və müxtəlif əşyalar atıblar. Nəticədə təhlükəsizlik qüvvələri vəziyyətə müdaxilə edib, tədbirin təşkilində məsul olan şəxs saxlanılıb.
Hadisə Hindistan mediasında geniş rezonans doğurub və təşkilati xaos, azarkeşlərə hörmətsizlik kimi qiymətləndirilib.
Musavat.com






