ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarına yanvar ayının əvvəlində iki etirazçının öldürüldüyü Minnesota ştatında keçirilən reydlər zamanı "təşviqatçılarla" qarşılıqlı əlaqədə olmaq qadağan edilib.
Musavat.com xəbər verir ki, bu, "Reuters"in əldə etdiyio ICE-nin daxili əmrində yer alıb: "Təşviqatçılarla ünsiyyət qurmayın və ya qarşılıqlı əlaqədə olmayın. Bu, vəziyyəti gərginləşdirməkdən başqa heç bir məqsədə xidmət etmir. Heç kim razı salınmayacaq".
Əmrə əsasən ICE əməkdaşlarına səsgücləndiricilər veriləcək və "həbs zamanı hər bir hərəkəti ucadan qeyd etmələri" tələb olunacaq.
"Reuters" qeyd edir ki, ICE agentləri indi yalnız cinayət tarixçəsi olan immiqrasiya qaydalarını pozanları hədəf alacaqlar. ICE Minnesota ştatında əməliyyata rəhbərlik edəcək və Gömrük və Sərhəd Mühafizəsi dəstəkləyici rol oynayacaq. Reuters mənbələrinə görə, ştatda immiqrant əleyhinə reydlər üzərində nəzarətin sərhəd təhlükəsizliyi və qanunsuz immiqrantların deportasiyasından məsul olan Tomas Homana verilməsi administrasiyanın daha hədəflənmiş yanaşmaya keçdiyini göstərir.
Musavat.com






