İnsanlara hürriyət, millətlərə istiqlal!

Miri Yusifin sevgi etiraflı, evlilik təklifli konserti – VİDEO FOTO

646 16.02.2026 12:41 Şou-biznes A A

Xalq artisti Miri Yusif Sevgililər Gününə özəl konsert proqramı ilə səhnəyə çıxıb.

Musavat.com xəbər verir ki, sənətçi konsert öncəsi jurnalistlərin suallarını cavablandıraraq gecənin özəlliyindən danışıb.

O bildirib ki, konsertin məhz Beynəlxalq Sevgililər Gününə təsadüf etməsi tədbirə xüsusi ab-hava qatıb:

“Bu dəfə konsertimiz Sevgililər Gününə düşdü. Amma mən hər kəsə tövsiyə edirəm ki, ilin 365 gününü sevgi ilə yaşasın. Sevgi tək bir günün yox, həyatın özüdür”.

Sənətçi hər zaman səhnədə həm səs, həm də şou baxımından mükəmməl olmağa çalışdığını vurğulayıb:

“Səhnədə tamaşaçıya həm keyfiyyətli ifa, həm də vizual zövq təqdim etməyə çalışıram. Buna görə də səslə yanaşı, görünüşə və səhnə tərtibatına da xüsusi diqqət yetirirəm”.

Konsert boyu Miri Yusifin sevilən hit mahnıları səslənib, tamaşaçılar musiqi və duyğularla zəngin, unudulmaz bir gecə yaşayıblar. Gecənin ən təsirli anlarından biri isə sənətçinin səhnədən həyat yoldaşına etdiyi səmimi sevgi etirafı olub. Bu an zalda alqışlarla qarşılanıb.

Xalq artisti çıxışı zamanı daha bir müjdəni də bölüşüb. O, iyul ayında ardıcıl 5 günlük solo konsert proqramı ilə yenidən sevənlərinin qarşısına çıxacağını açıqlayıb.

Gecədə diqqət çəkən digər məqam isə səhnədə edilən evlilik təklifi olub. Gənc oğlan sevdiyi qıza minlərlə tamaşaçının qarşısında evlilik təklif edib. Sənətçi cütlüyü səhnədən təbrik edərək özünün “Həyatım” mahnısını onlara həsr edib. Bu romantik anlar gecəyə xüsusi rəng qatıb və tamaşaçıların yaddaşında xoş xatirə kimi qalıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR