İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ALOV İÇİNDƏ: Göydən "qara yağış" yağdı - VİDEO

1013 18.06.2026 15:23 Dünya A A

Moskva vilayətinin Jeleznodorojni şəhərində sakinlər yağışdan sonra pəncərə altlıqlarında, avtomobillərdə və digər səthlərdə neft məhsulları və ya quruma bənzər izlər müşahidə ediblər.

Musavat.com xəbər verir ki, bu hadisə Moskvaya yönəlmiş genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumundan sonraya təsadüf edib.

Xatırladaq ki, bu gün Moskva müharibənin başlanğıcından bəri ən böyük PUA hücumuna məruz qalıb. Rusiya paytaxtına 200-ə yaxın dronla hücum təşkil olunub. Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşarkən vurulan pilotsuz uçuş aparatlarının sayının 180-ə çatdığını bildirib. Qeyd olunur ki, dronlar Moskva Neft Emalı Zavodunu, həmçinin “Sadovod” ticarət mərkəzinin binalarından birini vurub.

Rusiya Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Ukrayna PUA-larının kütləvi hücumu fonunda Moskvanın bütün hava limanları fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR