Musavat.com xəbər verir ki, Moskvanın Stroqino rayonunda Rusiyada ilk dəfə tam sürücüsüz rejimdə işləyən tramvay xətti istifadəyə verilib.
Yeni nəqliyyat vasitəsi sınaqlar da daxil olmaqla artıq 18 min kilometrdən çox məsafə qət edib və ümumilikdə 40 minə yaxın sərnişin daşıyıb.
Şəhər Nəqliyyat Departamentinin məlumatına görə, tramvay bu müddət ərzində heç bir yol hərəkəti qaydasını pozmayıb və hazırda 10 nömrəli marşrut üzrə müntəzəm xidmət göstərir.
Qurum bildirir ki, qanunvericiliyə əsasən tramvayda hələlik bir idarəetmə əməkdaşı da olur. O, yalnız prosesi müşahidə edir və sistemlərin işinə qarışmır.
Musavat.com






