İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada “Çin Yeni ili” festivalı başladı - VİDEO

362 16.02.2026 21:46 Dünya A A

Rusiyanın paytaxtı Moskvada “Çin Yeni ili” festivalının rəsmi açılışı keçirilib.

Musavat.com xəbər verir ki, festivalın açılışı şəhərin mərkəzində yerləşən "Manejnaya ploşad"da baş tutub.

Təşkilatçıların bildirdiyinə görə, bayram proqramı martın 1-dək davam edəcək və ümumilikdə 60 fərqli məkanda tədbirlər keçiriləcək. Ziyarətçilər üçün rəngarəng şou proqramları, teatrlaşdırılmış kvestlər, müxtəlif ustad dərsləri və mədəni təqdimatlar təşkil olunacaq.

Festival çərçivəsində Çin mədəniyyətinə aid ənənəvi çıxışlar, milli incəsənət nümunələri və kulinariya təqdimatları da yer alacaq. Tədbirin məqsədi Çin mədəniyyətini paytaxt sakinlərinə və qonaqlara daha yaxından tanıtmaqdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR