Moskva sakinləri arasında həm mobil, həm də ev internetində kütləvi kəsintilər müşahidə olunur.
Musavat.com xəbər verir ki, "Sboy.rf"in məlumatına görə, əsas şikayətlər paytaxt və ətraf bölgələrə aiddir.
Şikayətlərin 40%-i "Beeline", 26%-i "MegaFon", 35%-i isə MTS istifadəçilərinə aiddir.
İstifadəçilər davamlı kəsintilər, saytların yavaş açılması, Google, bank tətbiqləri və videolara çıxışın məhdudlaşması barədə məlumat verirlər. Yalnız qismən işləyən mesajlaşma tətbiqləri internetin məhdudlaşdırılmış rejimə keçə biləcəyinə işarə edir.
Ekspertlər bildirir ki, bu problemlər bir neçə regionda sınaqdan keçirilən internet kəsintilərindən sonra baş verib.
Bu rejim çərçivəsində yalnız icazə verilən saytların, “ağ siyahı”da olanların istifadəsinə imkan verilir. Həmin rejim artıq faktiki olaraq Belqorod və Rostov vilayətlərində tətbiq olunur.
"Na svyazi" layihəsinin hesablamalarına görə, mobil internet kəsintiləri 56 rus regionunu əhatə edib və onlardan 46-da “ağ siyahı” tətbiq olunur. Noyabr ayında Rəqəmsal İnkişaf Nazirliyi bu siyahıları genişləndirib.
Musavat.com






