İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

552 21.07.2025 22:44 Ölkə A A

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.

“Report”un Qərb bürosunun məlumatına görə, Vnukova hava limanından Gəncə Beynəlxalq Hava Limanına sərnişin reysi həyata keçirməli olan “UTAİR” aviaşirkətinə məxsus olan təyyarə hələ də naməlum səbəblərdən havaya qalxa bilməyib.

Halbuki, bu gün Moskvanın digər hava limanından “AZAL”a məxsus təyyarənin Gəncə Beynəlxalq Hava Limanına uçuşu reallaşıb.

“Vnukovo” hava limanında bir sutkadan artıqdır gözləməkdə olan sərnişinlərin yaxınlarının bildirdiyinə görə, guya Moskva səmasında Ukrayna tərəfindən dron hücumları təhlükəsi səbəbindən “UTAİR” aviaşirkətinə məxsus təyyarənin hərəkət etməsi yubanır. Həmin reysin uçuş saatı hələ də dəqiq deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR