Polşanın baş naziri Donald Tusk Ukraynadakı müharibənin başa çatması perspektivi ilə bağlı diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, Tusk hökumətin iclasında çıxışı zamanı bildirib ki, artıq müharibənin bitməsi aylar və ya illərlə deyil, həftələrlə ölçülə bilər. Onun sözlərinə görə, belə bir ssenari üçün əsas ümid ABŞ-ın Kiyevə vəd etdiyi təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Polşa hökumətinin başçısı vurğulayıb ki, mümkün sülh razılaşması Ukrayna üçün son dərəcə ağır və ağrılı kompromisləri qaçılmaz edəcək. O, bu kompromislər arasında xüsusilə ərazi məsələlərinin olduğunu açıq şəkildə etiraf edib.
Tusk qeyd edib ki, qarşıdakı proses Kiyev üçün çox çətin siyasi qərarlar tələb edəcək və bu qərarlar Ukrayna cəmiyyəti üçün emosional baxımdan ağır ola bilər. Bununla belə, onun fikrincə, təhlükəsizlik təminatları real və işlək olarsa, müharibənin qısa müddətdə dayandırılması mümkündür.
Musavat.com






