İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin beyni dəyişir – generallar tarixə qovuşur

862 13.02.2026 01:03 Dünya A A

ABŞ Müharibə Nazirliyi süni intellekt texnologiyalarını qapalı hərbi şəbəkələrə inteqrasiya etmək planını sürətləndirir.

Musavat.com xəbər verir ki, Pentaqonun məxfi seqmentlərində OpenAI, Anthropic, Google və xAI kimi şirkətlərin neyroşəbəkələri yerləşdirilə bilər.

Məlumata görə, ABŞ ordusu döyüş tətbiqlərinə mane olan standart məhdudiyyətlərsiz mülki texnologiyalardan istifadə etməyə hazırlaşır.

ABŞ Müdafiə Nazirliyinin texniki direktoru Emil Maykl bildirib ki, süni intellekt yalnız sənəd dövriyyəsi üçün deyil, həm də:

əməliyyatların planlaşdırılması,

kəşfiyyat analizi,

yüksək dəqiqlikli silahların hədəflənməsi üçün istifadə olunacaq.


Mənbələrin sözlərinə görə, OpenAI artıq öz alətlərinə Pentaqonun 3 milyon əməkdaşı üçün giriş açıb və ChatGPT ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Bununla yanaşı, Anthropic şirkəti texnologiyalarının müşahidə və silah yönləndirməsində istifadəsinə qarşı çıxıb və etik risklər barədə xəbərdarlıq edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR