İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müharibənin qalibi Rusiya ola bilər” – Polşa baş naziri həyəcan təbili çaldı

1104 08.03.2026 23:14 Dünya A A

Yaxın Şərqdə artan gərginlik və müharibə riskinin qlobal enerji bazarlarına ciddi təsir göstərdiyi bildirilir.

Musavat.com xəbər verir ki, Polşanın baş naziri Donald Tusk sosial şəbəkə X-də yaydığı açıqlamada bölgədə baş verənlərin ən böyük faydalanan tərəflərindən birinin Rusiya ola biləcəyini vurğulayıb.

Tusk qeyd edib ki, münaqişənin eskalasiyası enerji bazarlarında kəskin dalğalanmalara səbəb olur və neftlə qazın qiymətlərindəki sıçrayış Kremlin mövqelərini gücləndirir. Onun sözlərinə görə, enerji resurslarının bahalaşması və bazardakı qeyri-müəyyənlik Qərb ölkələrinə iqtisadi təzyiqi artırır, eyni zamanda Moskva üçün əlverişli şərait yaradır.

Polşa hökumət başçısı əlavə edib ki, böhran daha da dərinləşərsə, ABŞ administrasiyası Rusiya neftinə qarşı tətbiq edilən sanksiya siyasətinə yenidən baxmaq məcburiyyətində qala bilər. Tusk hesab edir ki, belə bir ssenari Yaxın Şərqdə uzunmüddətli qeyri-sabitlik fonunda Rusiyanın strateji üstünlüyünü daha da artıracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR