İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadir Qafarzadənin qarlı havada çətin anları - VİDEO

752 09.01.2026 11:58 Şou-biznes A A

Müğənni Nadir Qafarzadə Rusiyaya səfər edib.

Musavat.com xəbər verir ki, sənətçi səfəri zamanı qarlı hava şəraiti səbəbindən çətin anlar yaşayıb.

Güclü qar və sürüşkən yollar onun hərəkətini xeyli çətinləşdirib.

Belə ki, qalacağı məkana yollanan ifaçı əlində çamadanla qarlı küçələrdə güclə addımlayıb. Yaşadığı bu məqamları mobil telefonu ilə lentə alan Nadir Qafarzadə görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Videoda onun qarda çətinliklə yeriməsi açıq şəkildə görünür.

Sənətçi paylaşımına ironik yanaşaraq “Çox da yaxşıdır axı... Belə şey yoxdur” sözlərini əlavə edib.

Qafarzadənin bu paylaşımı izləyicilərinin diqqətini çəkib, sosial şəbəkə istifadəçiləri görüntülərə müxtəlif şərhlər yazaraq sənətçiyə xoş səfər və təhlükəsiz yol arzulayıblar.

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR