İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-dan Ukrayna ilə bağlı strateji addım: Silah mərkəzi QURUR

517 21.12.2025 19:07 Dünya A A

2026-cı ilin yanvar ayından Rumıniyada Ukrayna üçün silah tranzitini əlaqələndirəcək ikinci NATO logistika mərkəzi fəaliyyətə başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Defense Express" nəşri məlumat yayıb.

Bu mərkəz, Polşadakı Rzeszov mərkəzinə bənzəyəcək və onunla birgə işləyəcək.

Yeni logistika mərkəzi vasitəsilə tərəfdaş ölkələr tərəfindən Ukraynaya verilən silahların tranzit tutumu ikiqat artırılacaq.

Ekspertlər bildirirlər ki, ikinci mərkəzin açılması Polşa mərkəzindən asılılığı azaldır və vacib hava hücumundan müdafiə sistemləri, raket və sursatın daha sabit şəkildə çatdırılmasını təmin edəcək. Mərkəz birbaşa NATO komandanlığı altında fəaliyyət göstərəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR