NATO Türkiyənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə Malatya şəhərində “Patriot” zenit-raket kompleksinin bir batareyasını yerləşdirir.
Musavat.com xəbər verir ki, bu addım Türkiyəni mümkün İran raket təhdidlərindən qorumaq məqsədi daşıyır.
Məlumata görə, sistem Ramşteyn aviabazasından hava yolu ilə Türkiyəyə gətirilir. Kompleks hissələrə bölünmüş şəkildə daşınır və Kürecik Radar Bazasının yaxınlığında quraşdırılması planlaşdırılır.
Qeyd olunur ki, sözügedən radar bazası NATO-nun raketdən müdafiə sisteminin mühüm elementlərindən biridir və regionda mümkün raket buraxılışlarının erkən aşkarlanması üçün istifadə olunur.
Musavat.com






