İnsanlara hürriyət, millətlərə istiqlal!

“Naxçıvana və Tehrandakı səfirliyə hücum eynidir”

820 06.03.2026 11:41 Şou-biznes A A

Aktyor Kamran Ağabaleyev sosial şəbəkədə etdiyi paylaşımda bu gün Naxçıvana edilən hücumla 3 il əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu müqayisə edib.

Musavat.com xəbər verir ki, aktyor hər iki hadisəni məzmun etibarilə təcavüz aktı kimi qiymətləndirib:

"Naxçıvana və Tehrandakı səfirliyimizə edilən hücum məzmunca eynidir. Hər ikisi təcavüz aktıdır. Bunları hansı qüvvələr edir, bilərəkdən, yoxsa səhvən, bu ayrı məsələdir. Əsas olan təcavüzün baş verməsidir. Necə ki, səfirliyə hücum edənə qarşı ciddi tədbir görüldü, bugünkü hücum haqda da cavab verilməlidir. İki qonşu ölkə arasında gərginlik yaratmaq yalnız iki ölkənin düşmənlərinin istəyi ola bilər".

Könül,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR