İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir onları vəzifədən AZAD ETDİ

1327 02.12.2025 15:50 Ölkə A A

Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunub.

Bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsi isə Cabir Məmmədova həvalə olunub./İqtisadiyyat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR