İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq - FOTO

974 08.07.2026 22:51 İdman A A

Avropa Liqasının birinci təsnifat oyununda “Qarabağ” “Vestri" ilə qarşıya-qarşıya gələcək.

Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə xüsusi fan zona yaradılacaq. Fan zonada əyləncəli proqram 9 iyul 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid “Azerçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və geridə qalan illər ərzində mühüm uğurlar qazanaraq Azərbaycan idman tarixinə adını qızıl hərflərlə yazdırıb. 

Qarabağ FK_Fanzone.jpg.jpeg (228 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR