İsrail İran rejimini və onun hərbi qanadı olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) hədəfə almaqda qərarlıdır.
Musavat.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu ötən gün İranın raket zərbəsindən zərər çəkmiş Arad şəhərinə səfəri zamanı kəskin bəyanatlarla çıxış edib.
O bildirib ki, ölkəsi Tehranın hərbi və iqtisadi dayaqlarını sarsıtmaq niyyətindədir:
"Biz rejimin arxasınca gedirik. Biz bu cinayətkar dəstə olan SEPAH-ın arxasınca gedirik. Biz onların şəxsən özlərini, liderlərini, obyektlərini və iqtisadi aktivlərini hədəf alırıq", - deyə Netanyahu vurğulayıb.
Baş nazir, həmçinin digər ölkələri İrana qarşı koalisiyada birləşməyə çağırıb. O xatırladıb ki, İranın təhdidləri təkcə regionla məhdudlaşmır:
"Onlar artıq Avropa ölkəsi olan Kiprə hücum ediblər. İsrail və ABŞ bütün dünyanın təhlükəsizliyi üçün birlikdə çalışır. Digər ölkə liderlərinin də bu prosesə qoşulmasının vaxtı çatıb. İndi hərəkətə keçmək zamanıdır".
Musavat.com






