İran iyundakı hücumdan sonra ballistik raket istehsalını bərpa edir.
Musavat.com xəbər verir ki, bunu İsrailin baş nazir Beynamin Netanyahu "Fox News"a müsahibəsində deyib.
Ondan İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəliləyiş əldə etdiyini təxmin etdiyi soruşulub: "Biz onları hər iki sahədə əhəmiyyətli dərəcədə geri çəkmişik, amma onlar çalışacaqlar".
Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti məhv edildikdən sonra Tehran nüvə proqramını "başqa yerlərdə" yenidən qurmağa çalışır. Baş nazir bildirib ki, "onlar həmçinin ballistik raket istehsalı müəssisələrini yenidən qurmağa çalışırlar". Tehranın "istehsala qayıtdığını" əlavə edib.
Musavat.com






