İnsanlara hürriyət, millətlərə istiqlal!

"Netflix" "Warner Bros"u 82,7 milyard dollara aldı

577 05.12.2025 16:40 Dünya A A

"Netflix" rəsmi saytında yayımladığı açıqlamada "Warner Bros." kinostudiyasını 82,7 milyard dollara aldığını bəyan edib.

Musavat.com xəbər verir ki, bununla da şirkət Hollivudun ən böyük studiyalarından birinin yeni sahibi olur.

Sövdələşməyə əsasən, Netflix həmçinin: HBO və HBO Max studiyalarının da tam hüquqlu sahibi olacaq.

Bu, "Netflix"-in indiyə qədərki ən böyük və ən iddialı satınalması hesab olunur. Şirkət bildirir ki, razılaşma 2026-cı ildə tamamlanacaq.

Sövdələşmədən sonra "Netflix" “Harry Potter”, “Friends”, “The Sopranos” kimi kult layihələrin hüquqlarına, eləcə də Hollivudun ən iri kino və televiziya arxivlərindən birinə sahib olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR