İnsanlara hürriyət, millətlərə istiqlal!

"Neynirəm səni, pulunu GÖNDƏR"

1438 18.02.2026 16:24 Şou-biznes A A

Meyxanaçı Ağamirzə açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Söz ustası sənət aləmindəki münasibətlərdən danışaraq maraqlı etiraflar edib.

O, bildirib ki, müğənnilərin əksəriyyəti dəvət aldıqları məclislərə qatılır, lakin özü kimisə çağıranda fərqli münasibətlə qarşılaşır:

"Müğənnilərin 80 faizi məclisinə çağırır, gedib iştirak edirsən. Amma sən çağıranda deyirlər ki, həmin tarixdə rayondayam".

Ağamirzə bununla bağlı ironik fikir də səsləndirib: "Olsun, rayondasansa, pulunu göndər əsas. Nə edim səni, paketini göndər?".

Meyxanaçı vurğulayıb ki, özü hər zaman dəvət olunduğu məclislərə qatılıb və münasibətlərdə səmimiyyət tərəfdarıdır. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və sənət cameəsində birmənalı qarşılanmayıb./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR