Niderland hökuməti Ukraynaya daha 815 milyon dollar həcmində hərbi yardım ayıracağını açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsmi məlumatda bildirilir ki, vəsait 2026-cı ilin ilk rübündə Ukrayna tərəfinə çatdırılacaq.
Yardım paketi Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, hərbi texnika təchizatını artırmaq və döyüş sahəsində davamlılığı təmin etmək məqsədi daşıyır. Hökumət vurğulayıb ki, bu addım Ukraynaya uzunmüddətli dəstək strategiyasının bir hissəsidir.
Musavat.com






