Ermənistanda arxiyepiskop Arşak Xaçatryanın əmisi və əmisi qızına məxsus mənzillərdə axtarışlar aparılıb.
Musavat.com xəbər verir ki, bunu Xaçatryanın vəkili Arsen Babayan bildirib.
“Eyni vaxtda axtarış aparılıb, onlara vəkillərinə zəng etməyə icazə verilməyib, həmçinin telefonlar və kompüterlər müsadirə edilib”, - Babayan deyib.
Xatırladaq ki, arxiyepiskop Arşak Xaçatryana aid edilən intim video materialların dərc edilməsi faktı üzrə Ermənistan CM-nin 204-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Xaçatryan Paşinyanın qovmaq istədiyi erməni kilsəsinin rəhbəri II Qreginin aparatının rəhbəridir.
Musavat.com






