İnsanlara hürriyət, millətlərə istiqlal!

O il bu ilmi? – 2026-da nəhayət, sülh müqaviləsi imzalanacaqmı...

606 02.01.2026 16:14 Siyasət A A

2026 Güney Qafqaz, xüsusən də Ermənistan üçün özəl, daha dəqiqi, kritik bir il ola bilər. Çünki qonşu ölkədə həm parlament seçkiləri, həm də yeni konstitusiya ilə bağlı referendum keçirilməsi gözlənilir.

Hər iki hadisənin Azərbaycana dəxli var. Çünki ötən ilin avqustunda Ağ Evdə paraflanmış sülh müqaviləsinin imzalanması baş nazir Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsindən və yeni konstitusiyanın qəbulundan birbaşa asılıdır.

Bu il nəhayət, sülh sənədi imzalanacaqmı? Nə vaxt və harda imzalanacaq - ABŞ-da Rusiyada, Tiflisdə, yoxsa? Paşinyan kritik seçkilərdən sonra hakimiyyətini saxlaya biləcəkmi?

Milli Məclisin deputatı Elşad Musayev Musavat.com-a bildirib ki, 2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması ehtimalı yüksədir.

Sülh sazişinin ilin ikinci yarısı imzalanması daha çox ehtimalı olunur:

Elşad Musayev qərarını verdi - Bu dairədən namizəd oldu

“Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi artıq razılaşdırılıb və mətn hazırlanıb. Qalıb müqavilənin imzalanması. Sülh müqaviləsinin imzalanmasını gecikdirən əsas faktor Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğv edilməməsi və Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləridir. Azərbaycanın Konstitusiya ilə bağlı şərti qüvvədə qalır. Nikol Paşinyan isə daxildə ictimaiyyətin verəcəyi reaksiyanı, erməni diasporunun necə münasibət göstərəcəyini nəzərə alaraq belə görünür ki, parlament seçkiləri öncəsi referendum keçirib ölkənin əsas qanunuda haqqında söhbət gedən dəyikliyi etmək istəmir. Böyük ehtimalla Paşinyan bu işi seçkidən sonraya saxlayacaq.

Bu isə o deməkdir ki, sülh sazişinin imzalanması ilin ikinci yarısında reallaşa biləcək. Paşinyan bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin imzalamağın tərəfdarı kimi çıxış edir, o biri tərəfdən müqaviləni imzalamağa mane olan amili aradan qaldırmağa seçki dövründə risk etmir. O, hesab edir ki, Konstitusiyada Azərbaycanın istəyi ilə dəyişiklik etsə revanşist müxalifət, müxalifətə xaricdən dəstək verən Rusiya və digər dairələr onun bu addımından seçki kampaniyasında ona qarşı təbliğatda geninə-boluna istifadə edəcəklər, erməni cəmiyyətini hakimiyyətə qarşı qaldırmağa çalışacaqlar. Bir sözlə, sülh sazişinin imzalanması Ermənistanda ilişib qalıb. Hazırda Paşinyanın reytinqi rəqiblərini nüfuzundan yüksəkdir. Əgər Paşinyan qarşıdakı 5 ayda reytinqini qoruya və artıra bilsə hakimiyyətdə qalacaq. Paşinyanın hakimiyyətdə qalması sülh sazişinin imzalanacağını reallaşdıra bilər. Əksi olsa-Paşinyan hər hansı səbəbdən seçilməsə və reavanşist müxalifət hakimiyyətə gəlsə sülh prosesi və sülh sazişi çox ciddi təhlükə altına düşəcək”.

O ki, qaldı sülh sazişinin harada imzalanacağına, deputat qeyd etdi ki, Azərbaycanla Ermənistan artıq uzun müddətdir vasitəçilərsiz sülh danışıqları, ciddi bir prosesi aparır. Artıq təcrübə də göstərdi ki, iki ölkə vasitəçi olmadan bir prosesi apardıqda daha real nəticələr əldə etmək olur:

“Məsələyə bu prizmadan yanaşdıqda hesab etmək olar ki, sülh müqaviləsinin imzalanacağı ünvanın hansısa vasitəçilik etmək və ya indiyə qədər etmiş ölkənin ərazisi olmasındansa Azərbaycanla Ermənistanın öz aralarında razılığa gələrək bu iki ölkənin sərhəddində imzalanması bəlkə də daha uyğun olardı. Ancaq o da bəllidir ki, Rusiya, ABŞ, Avropa İttifaqı, Türkiyə və hətta Gürcüstan tərəfindən zaman-zaman sülh sazişinin imzalanmasına ev sahibliyi etməyə hazır olduqları barədə bəyanatlar səslənir. Sülh sazişi layihəsi ötən ilin 8 avqustunda Vaşinqtonda paraflanıb. Donalda Tramp hətta bu günlərdə özünü Azərbaycanla Ermənistan arasında 35 illik müharibəni bitirən lider elan etdi. Deməli, Tramp sülh sazişinin məhz ABŞ-də imzalanmasına nail olmaq istəyəcək. Rusiyanın da bu məsələdə sakit dayanmayacağı aydındır. Lakin Azərbaycanın və Ermənistanın bu məsələdə də göstərəcəyi iradədən çox şey asılı olacaq”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR