İnsanlara hürriyət, millətlərə istiqlal!

Odessa yenə atəş altındadır – enerji infrastrukturu ardıcıl ikinci gün vuruldu

353 14.12.2025 13:33 Dünya A A

Rusiya bu gün Odessa vilayətinin energetika infrastrukturuna ardıcıl ikinci dəfə kütləvi zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Oleq Kiper məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində enerji, nəqliyyat, sənaye və mülki infrastruktura aid obyektlərdə zədələnmələr qeydə alınıb. İlkin məlumatlara əsasən, xəsarət alanlar barədə məlumat yoxdur.

Eyni zamanda Odessa ilə bağlı yerli Telegram kanalları Belqorod-Dnestrovski rayonu istiqamətində “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücumların davam etdiyini yazır. Bildirilir ki, hava hücumları bu dəqiqələrdə də fasiləsiz şəkildə davam edir.

Hadisələr fonunda bölgədə hava hücumu təhlükəsi qüvvədə qalır, mülki əhali sığınacaqlara çağırılır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR