İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofelya Şabanova ona görə göz yaşı tökdü - VİDEO

690 16.02.2026 12:35 Şou-biznes A A

Müğənni Ofelya Şabanova qonaq olduğu Tarixin bir günü verilişində emosional anlar yaşayıb.

Sənətçi həmkarı Kəmalə Günəşli ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. Ofelya Şabanova çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib və uzun illər davam edən dostluq münasibətlərinin bitdiyini bildirib.

"O qızın adı gələndə əsəbiləşirəm. Ağlıma gəlməzdi ki, 18 il dostluq etdiyim, canımı verdiyim yaxın rəfiqəm məni kürəyimdən vurar. Kəmaləyə görə yalvarmadığım aparıcı qalmamışdı. Çox ağır gəldi bu qədər yaxşılıqlarımdan sonra belə etməyi. 18 ildə incikliyimiz olmadı. Şou-biznes bizi nə günə qoydu... Kəmalə Günəşli mənim üçün bitdi. Heç bir aparıcı onun barəsində sual verməsin, xahiş edirəm", - deyə sənətçi bildirib.

Sosial şəbəkələrdə yayılan görüntülər isə qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilər iki sənətçi arasında yaşananların səbəbi ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər./Milli.az/

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR