İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümcül virus daşıyan “sürətli gənələr” yayılır

1287 19.03.2026 02:43 Dünya A A

Rusiyada son dövrlər Hyalomma növünə aid iri və aqressiv gənələrin yayılması ilə bağlı məlumatlar narahatlıq doğurur.

Musavat.com xəbər verir ki, bu gənələr davranış xüsusiyyətlərinə görə adi növlərdən ciddi şəkildə fərqlənir.

Mütəxəssislərin sözlərinə görə, bu gənələr passiv şəkildə gözləmək əvəzinə, qurbanlarını aktiv şəkildə izləyə bilir. Onların hərəkət sürəti də xeyli yüksəkdir və bu xüsusiyyət onları daha təhlükəli edir.

Bildirilir ki, Hyalomma gənələri bəzi hallarda standart repelentlərə qarşı davamlılıq göstərə bilir. Bu isə xüsusilə açıq havada olan insanlar üçün riskləri artırır.

Ən ciddi təhlükə isə bu parazitlərin daşıdığı xəstəliklərlə bağlıdır. Bu gənələr gənə ensefaliti və borreliozla yanaşı, Krım-Konqo hemorragik qızdırması kimi yüksək ölüm riski olan virusu da ötürə bilir.

Mütəxəssislər əhaliyə təbiətdə olarkən qapalı geyimlərdən istifadə etməyi, açıq sahələrdə ehtiyatlı davranmağı və gənə dişləməsi halında dərhal tibbi yardım almağı tövsiyə edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR