İnsanlara hürriyət, millətlərə istiqlal!

Oman sahillərində neft tankerinə hücum: Yaralılar var

737 01.03.2026 13:32 Dünya A A

Oman Dəniz Təhlükəsizliyi Mərkəzi ölkənin strateji bölgəsi olan Musəndəm sahillərində neft tankerinin hücuma məruz qaldığını bildirib.

Musavat.com xəbər verir ki, Palau bayrağı altında üzən "Skylight" tankerinə Xəsəb limanından 5 dəniz mili şimalda zərbə endirilib. Hadisə zamanı gəmidə olan 20 heyət üzvü (15 Hindistan və 5 İran vətəndaşı) dərhal təxliyə edilib.

İlkin məlumatlara əsasən, hücum nəticəsində 4 heyət üzvü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım üçün Oman Kral Hərbi Dəniz Qüvvələri tərəfindən sahilə çatdırılıb.

Qeyd edək ki, bu hadisə regionda İsrail, ABŞ və İran arasındakı qarşılıqlı zərbələrin kəskinləşdiyi dövrə təsadüf edir. Ekspertlər Omanın Hörmüz boğazındakı bu insidenti İranın regiondakı ticarət gəmilərinə qarşı cavab tədbiri kimi qiymətləndirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR