İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar sövdələşmə istəyir” – Trampdan İranla bağlı səs-küylü açıqlama

907 27.01.2026 03:08 Dünya A A

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməyə can atdığını bəyan edib. O, bunu ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi fonunda dəyərləndirib.

Musavat.com xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə verdiyi müsahibədə danışıb və ABŞ-ın regiona genişmiqyaslı hərbi qüvvə, onun ifadəsi ilə desək, “armada” göndərməsinin Tehranın mövqeyinə ciddi təsir göstərdiyini bildirib.

Trampın sözlərinə görə, ABŞ regionda aviasiya daşıyıcıları və döyüş gəmilərindən ibarət güclü hərbi qrup yerləşdirib.

Prezident hesab edir ki, məhz bu addımdan sonra İran tərəfi razılaşma mövzusunda siqnallar verməyə başlayıb: “Onlar sövdələşmə istəyirlər. Biz isə eyni zamanda çox güclü hərbi mövqedəyik”.

“Axios” yazır ki, ABŞ administrasiyası bir tərəfdən İrana hərbi təzyiqi artırır, digər tərəfdən isə diplomatik kanalları tam bağlamır. Tramp isə açıqlamasında danışıqlar nəticə verməsə, Vaşinqtonun əlində başqa seçimlərin də mövcud olduğunu vurğulayıb.

Məqalədə qeyd olunur ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirməsi regionda balansı dəyişə və İranın gələcək addımlarına birbaşa təsir göstərə bilər. Mövcud vəziyyətin həm diplomatik, həm də hərbi baxımdan gərgin qiymətləndirildiyi bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR