İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktrisa ailə qurur

544 08.06.2026 14:00 Şou-biznes A A

Türkiyənin məşhur aktrisalarından olan Aleyna Solaker şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bir müddətdir iş adamı Berk Boyacıgil ilə münasibətdə olan aktrisa Fethiyedə romantik evlilik təklifi alıb.

Cütlük tətil üçün seçdikləri Fethiyedə unudulmaz anlar yaşayıb.

Bildirilir ki, Berk Boyacıgil sevgilisi üçün xüsusi sürpriz hazırlayıb. Gizli şəkildə təşkil olunan evlilik təklifi mərasimi gün batımı fonunda baş tutub. Boyacıgilin uzatdığı üzüyü qəbul edən Aleyna Solaker ona “hə” cavabı verib.

Beləliklə, məşhur aktrisa evlilik yolunda ilk addımını atıb. Cütlüyün yaxın ətrafının sözlərinə görə, uzun müddətdir davam edən xoşbəxt münasibətlərini toy mərasimi ilə rəsmiləşdirməyi planlaşdırırlar.

Romantik görüntülər sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. Aktrisanın pərəstişkarları və sənət dostları cütlüyü təbrik edərək onlara xoş arzularını çatdırıblar.

Qeyd edək ki, Aleyna Solaker “Kırgın Çiçekler” və “Güller ve Günahlar” seriallarındakı rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR