İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunda döyüşən 5 uşaq atası azərbaycanlı həlak oldu – FOTO

638 08.06.2026 14:27 Son xəbər A A

Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib.

Musavat.com xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhə bölgəsində gedən döyüşlər zamanı həlak olub.

Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan Vaqif Qəhrəmanovun nəşinin tapıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan V. Qəhrəmanov Rusiyada muzdlu fəaliyyətlə məşğul olub. O, ailəli idi və geridə 5 övladı qalıb. Mərhumun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

döyüş.jpg (75 KB)


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR