İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: Türkiyə ilə Rusiya qazının Macarıstana tranziti üzrə təminat razılaşdırılıb

598 09.12.2025 03:08 Dünya A A

Musavat.com xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban ölkəsinin Türkiyə ilə Rusiya qazının Macarıstana fasiləsiz tranziti barədə təminat aldığını açıqlayıb. Bu məlumatı Macarıstanın M1 telekanalı yayıb.

Musavat.com-un məlumatına görə, Orban danışıqlar üçün Türkiyəyə yola düşməzdən əvvəl verdiyi açıqlamada bildirib ki:

Rusiya ilə Macarıstana qaz tədarükünə dair razılaşma artıq qüvvədədir,

ABŞ-la həmin tədarüklərin sanksiyalardan azad edilməsi barədə anlaşma əldə olunub,

sonuncu mərhələ isə Türkiyə ilə tranzit təminatı idi — və bu razılaşma artıq bağlanıb.

Baş nazir vurğulayıb ki, bu addım Macarıstanın enerji təhlükəsizliyi baxımından xüsusi strateji əhəmiyyət kəsb edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR